satellite   Azerspace-1: 11135 H 30000

Kreml: Rusiya hələ də Ukrayna ilə danışıqlara hazırdır

Kreml: Rusiya hələ də Ukrayna ilə danışıqlara hazırdır

Rusiya Prezidentinin mətbuat katibi ölkə başçısının Ukrayna ilə danışıqlara hələ də hazır olduğunu bildirib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Kremlin sözçüsü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna prezidentləri ilə danışmaq planı barədə söylədiklərini şərh edərkən belə deyib.

D.Peskovun sözlərinə görə, Rusiya Prezidenti türkiyəli həmkarı ilə söhbətində Ukrayna ilə danışıqlar aparmağa hələ də hazır olduğunu bildirib. Lakin vəziyyətin dəyişməsi danışıqların şərtlərini də dəyişir. Mətbuat katibi qeyd edib ki, Prezident V.Putin söhbət zamanı Ukraynanın danışıqlar prosesini tərk etdiyini və buna görə də xüsusi hərbi əməliyyatın davam etdiyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM