satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Ukrayna ərazilərinin ilhaqını tanıyan ölkələrə hərbi və iqtisadi yardımı dayandıracaq

ABŞ Ukrayna ərazilərinin ilhaqını tanıyan ölkələrə hərbi və iqtisadi yardımı dayandıracaq

Qərb təcili olaraq Ukraynanın yeni ərazilərinin ilhaqı ilə bağlı cavab tədbirləri hazırlayır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi UNİAN-a istinadən xəbər verir ki, ABŞ senatorları Riçard Blumental və Lindsi Qrem bununla bağlı qanun layihəsini Senata təqdim ediblər.

Layihədə Ukraynanın ilhaq edilmiş ərazilərini Rusiyanın bir hissəsi kimi tanıyan ölkələrə veriləcək adekvat cavab tədbirləri əksini tapıb. Həmin dövlətlərlə bütün hərbi və iqtisadi yardımların dayandırılmasını nəzərdə tutulur.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də xalqa müraciətində Donetsk, Luqansk, Zaporojye kimi işğal olunmuş ərazilərdə “referendumun” keçiriləcəyini demişdi. Sentyabrın 23-27-də həmin ərazilərdə “səsvermə” təşkil olunub.

Bu gün Kremldə V.Putinin iştirakı ilə həmin ərazilərin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM