satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın Monteneqrodakı səfirliyi konsulluq xidmətlərini dayandırıb

Rusiyanın Monteneqrodakı səfirliyi konsulluq xidmətlərini dayandırıb

Rusiyanın Monteneqrodakı səfirliyi konsulluq xidmətlərinin dayandırıldığını açıqlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, buna səbəb kimi rusiyalı 6 diplomatın arzuolunmaz şəxs elan edilməsi göstərilib.

Səfirlikdən bildirilib ki, Monteneqronun Xarici İşlər Nazirliyi tərəfindən rusiyalı 6 diplomatın arzuolunmaz şəxs elan edilməsindən sonra sentyabrın 30-dan etibarən konsulluq xidmətləri qeyri-müəyyən müddətə fəaliyyətlərini dayandırıb. Vətəndaşlara konsulluq xidmətləri üçün qonşu ölkələrin səfirliklərinə müraciət etmələri tövsiyə olunub.

Qeyd edək ki, Monteneqronun Xarici İşlər Nazirliyi iki ölkə arasında diplomatik münasibətləri pozduqları üçün rusiyalı 6 diplomatı arzuolunmaz şəxs elan etdiyini açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM