satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin ilhaqını pisləyib

Türkiyə Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin ilhaqını pisləyib

"Türkiyə 2014-cü ildə keçirilən qeyri-legitim referendumla Krımın Rusiya tərəfindən ilhaqını tanımayıb və hər fürsətdə Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə güclü dəstəyini vurğulayıb. 2014-cü ildə qəbul etdiyimiz bu mövqeyə uyğun olaraq, biz Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini ilhaq etmək qərarını rədd edirik".

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, belə bir açıqlama ilə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) çıxış edib.

Bildirilib ki, Türkiyənin beynəlxalq hüququn formalaşmış prinsiplərinin kobud şəkildə pozulduğu bu qərarı qəbul etməsi mümkün deyil:

"Biz daha da ciddiləşən müharibənin danışıqlar yolu ilə əldə ediləcək ədalətli sülh əsasında həllini dəstəklədiyimizi bir daha bəyan edirik".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM