satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən “Eren Mühasirə Payız-Qış” əməliyyatına start verilib

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən “Eren Mühasirə Payız-Qış” əməliyyatına start verilib

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən “Eren Mühasirə Payız-Qış” əməliyyatına start verilib. Əməliyyat PKK terror təşkilatının ölkə gündəmindən çıxarılması və bölgədə sığındığı ehtimal edilən terrorçuların zərərsizləşdirilməsi məqsədilə keçirilir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən bildirilib.

Əməliyyatın keçirilməsi 2022-2023-cü illər üçün nəzərdə tutulub.

Əməliyyatlar silsiləsindən birincisi ölkənin Şırnak vilayətinin Bestler-Dərələr bölgəsində "Eren Mühasirə Payız-Qış-1 Şəhid Jandarma Leytenant İsmayıl Can Akdeniz" olaraq planlaşdırılıb və oktyabrın 1-də icrasına başlanılıb. Ümumilikdə 1600 şəxsi heyət və 125 qrupun iştirakı ilə başladılan əməliyyatın ilk günü iki terrorçu zərərsizləşdirilib. Bundan əlavə çox sayda silah-sursat və partlayıcı maddə, eləcə də terrorçulara məxsus sığınaqlar aşkar edilib.

Qeyd edilib ki, eyni məqsədlə aprelin 15-də başladılan “Yaz-Yay Eren Mühasirə Əməliyyatları” sentyabrın 30-da başa çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM