satellite   Azerspace-1: 11135 H 30000

Sabiha Gökçən hava limanını İstanbulun mərkəzinə bağlayacaq yeni metro xətti istifadəyə verilib

Sabiha Gökçən hava limanını İstanbulun mərkəzinə bağlayacaq yeni metro xətti istifadəyə verilib

İstanbulda yeni metro xətti istifadəyə verilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, uzun zamandan bəri açılması gözlənilən bu xətt Sabiha Gökçən hava limanı ilə İstanbulun Asiya qitəsinin Pendik bölgəsi arasında fəaliyyət göstərəcək. Bununla da sərnişindaşıma ilə Sabiha Gökçən aeroportundan Pendikə 10, şəhərin Kadıköy bölgəsinə isə 50 dəqiqəyə çatmaq mümkün olacaq.

Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

Çıxışında İstanbuldakı dəmiryolu xətlərinin yarısının ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən inşa edildiyini xatırladan Türkiyə Prezidenti vaxtilə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsini icra etdiyi dövrdən indiyədək yalnız xalqa xidmət göstərdiklərini vurğulayıb.

İstanbulda yağış, qar kimi fərqli təbiət hadisələrinin yaratdığı fəsadlara toxunan ölkə başçısı hazırkı bələdiyyə sədrinin işindəki nöqsanlara toxunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM