satellite   Azerspace-1: 11135 H 30000

Kiyev COVID-19-la bağlı yenidən maska rejiminə keçir

Kiyev COVID-19-la bağlı yenidən maska rejiminə keçir

Kiyev sakinlərindən COVID-19-a yoluxma hallarının artması ilə əlaqədar ictimai yerlərdə və nəqliyyatda maska taxmağa qayıtmaq xahiş olunur.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası məlumat yayıb.

Paytaxt rəhbərliyi vətəndaşları ictimai nəqliyyatda, ziyarətçilərə xidmət göstərən yerlərdə və təhsil müəssisələrində maska və ya respirator taxmağa çağırır. Müəssisələrdən təhlükəsizlik məsafəsi saxlamaları xahiş olunur.

"Sahibkarlardan ziyarətçilər arasında ən azı 1,5 metr məsafə saxlamaq üçün işarələməni yeniləmələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.

Kiyevdə COVID-19-a yoluxma halları durmadan artır. Ötən həftə, sentyabrın 26-dan oktyabrın 2-dək paytaxtda koronavirusa 2515 yoluxma faktı aşkarlanıb, 242 nəfər xəstəxanalara yerləşdirilib, 22 nəfər ölüb.

"Unutmayın ki, koronovirusa qarşı ən etibarlı qorunma peyvənddir", - Kiyev Meriyası məlumatda qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM