satellite   Azerspace-1: 11135 H 30000

Son 14 gündə Rusiyadan Qazaxıstana 200 mindən çox rusiyalı gəlib

Son 14 gündə Rusiyadan Qazaxıstana 200 mindən çox rusiyalı gəlib

“Rusiyada qismən səfərbərlik elan olunduqdan sonra Qazaxıstana 200 mindən çox rusiyalı gəlib”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Sputnik Kazaxıstan”a istinadən xəbər verir ki, bunu Qazaxıstanın daxili işlər naziri Marat Axmetjanov bildirib.

“Sentyabrın 21-dən indiyədək Rusiyadan Qazaxıstana 200 mindən çox şəxs gəlib. Bu müddət ərzində isə Qazaxıstanı 147 min nəfər tərk edib”, - nazir vurğulayıb.

O qeyd edib ki, oktyabrın 3-də qonşu ölkənin 7 mindən çox vətəndaşı Qazaxıstana daxil olub, 11 minə yaxını isə ölkədən çıxıb: “Gələnlər gedirlər. Hamısı miqrasiya xidmətinin nəzarətindədir”.

M.Axmetjanovun sözlərinə görə, Daxili İşlər Nazirliyi sərhədi keçərkən yeni məhdudiyyətlər tətbiq etməyi planlaşdırmır, ölkələr arasında əvvəllər qəbul olunmuş bütün norma və sazişlər fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də qismən səfərbərlik edib. Bundan sonra Rusiyanı tərk edənlərin sayı sürətlə artıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM