satellite   Azerspace-1: 11135 H 30000

Ukraynanın NATO-ya üzvlük müraciətini 11 ölkə dəstəkləyib

Ukraynanın NATO-ya üzvlük müraciətini 11 ölkə dəstəkləyib

Ukraynanın NATO alyansına üzvlük üçün müraciətini 11 ölkə artıq dəstəkləyib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Ukrayna Prezidentinin ofis rəhbəri Andrey Yermak öz teleqram kanalında bildirib.

O əlavə edib ki, Ukrayna NATO-ya üzvlük prosesini başlayıb və bunu sona çatdıracaq.

Andrey Yermak Ukraynanın rəsmi üzvlük müraciətini artıq NATO-nun Brüsseldəki baş qərargahında olduğunu və bunu Kanada, Polşa, Slovakiya, Çexiya, Rumıniya, Litva, Estoniya, Latviya, Xorvatiya, Çernoqoriya, Şimali Makedoniya daxil olmaqla, 11 ölkənin dəstəklədiyini deyib.

Ukraynanın NATO-ya üzv olması üçün alyansa daxil olan 30 ölkənin hamısının razılığı olmalıdır.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski 30 sentyabrda NATO-ya qısa zamanda üzv olmaq üçün müraciət olunduğunu bəyan etmişdi, lakin ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirmişdi ki, hazırda Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı işlərin həyata keçirilməsi üçün uyğun zaman deyil.

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitriy Medvedev isə rəsmi Kiyevin NATO-ya qısa zamanda üzv olmaq barədə müraciətini Üçüncü Dünya müharibəsinin başlanmasının tezləşdirilməsinə xahiş kimi qiymətləndirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM