satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Prezidenti Praqaya səfər edib

Türkiyə Prezidenti Praqaya səfər edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çex Respublikasının paytaxtı Praqa şəhərinə səfərə gedib. Prezident Rəcəb Tayyib Ərdoğanı dövlət və hökumət nümayəndələrindən ibarət geniş tərkibli rəsmi heyət müşayiət edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, səfərin məqsədi “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etməkdir.

Türkiyə dövlət başçısının səfər çərçivəsində ikitərəfli görüşləri də nəzərdə tutulub.

Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğan oktyabrın 1-də Türkiyə Böyük Millət Məclisindəki çıxışında vurğulayıb ki, Paşinyanın görüşmək istəyinə uyğun olaraq onların Praqada görüşməsi mümkündür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM