satellite   Azerspace-1: 11135 H 30000

Avropa İttifaqı Rusiyaya qarşı 8-ci sanksiyalar paketini təsdiq edib

Avropa İttifaqı Rusiyaya qarşı 8-ci sanksiyalar paketini təsdiq edib

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiq edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Aİ 8-ci sanksiyalar paketində Rusiyadan 7 milyard avro dəyərində mal ixracına qadağa qoyub.

Sanksiyalar paketinə əsasən, üçüncü ölkələrə neftin müəyyən olunmuş qiymət həddindən baha qiymətə satışı mümkün olmayacaq.

Aİ Rusiyadan müəyyən növ polad məmulatları, plastik və kimyəvi vasitələrin, kömürün alınmasına və bu ölkəyə silah üçün elektron komponentlərin, aviasiya üçün texniki məmulatların satışına, eləcə də Rusiya təşkilatlarına IT xidmətləri və hüquqi xidmətlər göstərilməsinə qadağa qoyub.

Bundan əlavə, sənədə görə, Aİ vətəndaşları Rusiyanın dövlət müəssisələrində rəhbər vəzifələr tuta bilməzlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM