satellite   Azerspace-1: 11135 H 30000

Rəcəb Tayyib Ərdoğan: Bölgəmizdə mehriban qonşuluq əlaqələrinin qurulması ilə bağlı hədəflərimizə çatacağımıza inanıram

Rəcəb Tayyib Ərdoğan: Bölgəmizdə mehriban qonşuluq əlaqələrinin qurulması ilə bağlı hədəflərimizə çatacağımıza inanıram

Bölgəmizdə mehriban qonşuluq əlaqələrinin qurulmasının təməli olan tam normallaşma ilə bağlı hədəflərimizə çatacağımıza inanıram. Türkiyə, Ermənistan və Azərbaycan arasındakı əlaqələri tezliklə intensivləşdirib bu məsələni həll etmək istəyirik.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çex Respublikasının Praqa şəhərində keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı ilə bağlı keçirdiyi mətbuat konfransında ifadə edib.

“Avropa siyasi birliyi” Zirvə Toplantısındakı müzakirələr, Türkiyənin mövcud proseslərə sərgilədiyi dəyişməz mövqeyi, Rusiya-Ukrayna müharibəsinin yaratdığı problemlər və rəsmi Ankaranın vasitəçilik missiyasının nəticələri, Kipr böhranının həlli, eyni zamanda Ermənistanın Baş naziri ilə keçirdiyi görüşdən bəhs edən Rəcəb Tayyib Ərdoğan əminliklə bildirib ki, heç də hər zaman ədalətli mövqedə olmayan bəzi Avropa ölkələri artıq gerçəklikləri qəbul etməyə başlayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM