satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: “Ukraynada ən pis sülh belə müharibədən daha yaxşıdır”

Ərdoğan: “Ukraynada ən pis sülh belə müharibədən daha yaxşıdır”

“Bugünkü təmaslarımız zamanı bir çox Avropa liderləri Türkiyənin Ukraynadakı münaqişənin həlli istiqamətində atdığı diplomatik addımları yüksək qiymətləndiriblər”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada mətbuat konfransı zamanı bildirib.

“Yerlərdə qəbuledilməz hadisələr işimizi çətinləşdirsə də, biz ən pis sülhün belə müharibədən daha yaxşı olduğuna inanaraq münaqişəni sona çatdırmaq üçün səylərimizi davam etdiririk”, - deyə o bildirib.

O, özünü həm Rusiya prezidenti Vladimir Putin, həm də ukraynalı həmkarı Volodimir Zelenski ilə dialoq apara bilən yeganə lider kimi xarakterizə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM