satellite   Azerspace-1: 11135 H 30000

Krım körpüsündə baş verən partlayış nəticəsində 3 nəfər ölüb

Krım körpüsündə baş verən partlayış nəticəsində 3 nəfər ölüb

İlkin məlumatlara əsasən, Krım körpüsündə baş verən partlayış nəticəsində 3 nəfər ölüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Ölənlərin partladılmış yük maşınının yaxınlığında olan minik avtomobilinin sərnişinləri olduğu ehtimal edilir.

“İki ölən şəxsin - kişi və qadının cəsədi artıq sudan çıxarılıb, onların şəxsiyyəti müəyyənləşdirilir”, - məlumatda deyilir.

Müstəntiqlər yük maşını və onun sahibi haqqında məlumat əldə ediblər. Onun Krasnodar diyarının sakini olduğu üzə çıxıb və yaşadığı ünvanda araşdırmalara başlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM