satellite   Azerspace-1: 11135 H 30000

Kreml: Ukraynada xüsusi hərbi əməliyyatın statusunun dəyişdirilməsi barədə hələlik qərar qəbul edilməyib

Kreml: Ukraynada xüsusi hərbi əməliyyatın statusunun dəyişdirilməsi barədə hələlik qərar qəbul edilməyib

Rusiya ilə Qərb arasında Türkiyədə danışıqlar aparılmasına dair konkret qərar yoxdur.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib.

O, həmçinin Vladimir Putinin Rəcəb Tayyib Ərdoğanla Astanada keçiriləcək Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsi çərçivəsində görüşəcəyini və bu məsələni müzakirə edəcəyini də istisna etməyib.

Kremlin sözçüsü Ukraynaya raket hücumları ilə bağlı sualları Müdafiə Nazirliyinə ünvanlamağı tövsiyə edib. Eyni zamanda o, Ukraynada xüsusi hərbi əməliyyatın statusunun dəyişdirilməsi barədə hələlik qərar qəbul edilmədiyini deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM