satellite   Azerspace-1: 11135 H 30000

Şarl Mişel: “Rusiyanın Ukraynaya raket hücumu müharibə cinayətidir”

Şarl Mişel: “Rusiyanın Ukraynaya raket hücumu müharibə cinayətidir”

“Ukraynanı dəstəkləməyə və Rusiya rejimini məsuliyyətə cəlb etməyə davam edəcəyik”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviterdə yazıb.

O bildirib ki, Rusiyanın paytaxt Kiyevə və Ukraynanın digər şəhərlərinə qarşı dəhşətli hücumları Kremlin çarəsizliyini göstərir: “Bu hücumlar müharibə cinayətidir”.

Qeyd edək ki, oktyabrın 10-da Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərini və digər vilayətləri raket atəşinə tutub. Nəticədə 11 nəfər ölüb, 87 nəfər yaralanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM