satellite   Azerspace-1: 11135 H 30000

Kiyevin strateji piyada körpüsü raket zərbəsindən zərər görüb

Kiyevin strateji piyada körpüsü raket zərbəsindən zərər görüb

Oktyabrın 10-u səhər saatlarında Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzi hissələri raket hücumuna məruz qalıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Rusiya Silahlı Qüvvələri tərəfindən atılan raketlərdən biri paytaxtın piyada körpüsü olan ”Şüşəli körpü”nün ərazisinə düşüb. Körpüyə ciddi ziyan dəyib və ora giriş-çıxış bağlanıb.

Onu da qeyd edək ki, bu körpü Kiyevdə piyadaların paytaxtın sağ və sol cinahlarına keçidi üçün strateji infrastruktur sayılır.

Xatırladaq ki, bu gün Ukrayna ərazisinə 75 raket atılıb, onlardan 41-i zərərsizləşdirilib. Paytaxt Kiyevə də bir neçə raket zərbəsi endirilib, ölənlər və xəsarət alanlar var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM