satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Prezidenti Türkiyədə enerji qovşağı yaratmağı təklif edib

Rusiya Prezidenti Türkiyədə enerji qovşağı yaratmağı təklif edib

Rusiya Prezidenti Vladimir Putin Avropaya qaz nəqlində Türkiyə ərazisinin başlıca marşrut ola biləcəyini qeyd edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu fikri o, Moskvada keçirilən “Rusiya enerji həftəsi” Beynəlxalq Forumunda səsləndirib. V.Putin həmçinin Türkiyədə enerji qovşağı yaratmağı da təklif edib.

Dünyanın 70 ölkəsindən 3 mindən çox iştirakçının qatıldığı “Rusiya enerji həftəsi” Beynəlxalq Forumunda Azərbaycanın energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

Rusiya Prezidenti “Dünya bazarları: inkişaf naminə əməkdaşlıq” mövzusunda plenar iclasda çıxış edib. İclasda həmçinin Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz, Qazaxıstanın energetika naziri Bolat Akçulakovun çıxışları gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM