satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: "Azərbaycan-Türkiyə-Qazaxıstan platformasından ciddi nəticələr gözləyirik"

Ərdoğan: "Azərbaycan-Türkiyə-Qazaxıstan platformasından ciddi nəticələr gözləyirik"

"Azərbaycan, Türkiyə və Qazaxıstanın daxil olduğu üçtərəfli platformadan ciddi nəticələr gözləyirik".

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada bu ölkənin Prezidenti Kasım-Jomart Tokayevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Müzakirələrimiz zamanı həm də regional əlaqələr barədə danışdıq. Keçən il Türk Dövlətləri Təşkilatı yaratmağımızdan məmnunam. Gələn ay Özbəkistanda keçiriləcək zirvə toplantısı əlaqələrimizi daha da gücləndirəcək”, - o bildirib.

Qeyd edək ki, bu il iyunun 27-də Bakıda Azərbaycanın təşəbbüsü ilə Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli görüşü keçirilib. Beləliklə, Bakı-Ankara-Astana üçtərəfli platformanın əsası qoyulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM