satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə XİN başçısı: “Ukraynadakı müharibəni sona çatdırmaq asan məsələ deyil”

Türkiyə XİN başçısı: “Ukraynadakı müharibəni sona çatdırmaq asan məsələ deyil”

“Ukraynadakı müharibəni sona çatdırmaq asan məsələ deyil”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Türkiyənin Qərblə Rusiyanı bir araya gətirmək təşəbbüsü olmayıb: “Amma Rusiya ilə Ukrayna sayəmizdə danışıqlar masası arxasına oturub. Hər iki tərəfin xarici işlər nazirləri müzakirə aparıblar. Prezidentlər isə hələ görüşməyib”.

Çavuşoğlu bildirib ki, sülh nə vaxtsa olacaq: "Bu, xüsusilə Ukrayna üçün ədalətli olmalıdır. Rusiya ilə Qərbin müzakirə etməli olduğu məsələlər var. Əlbəttə, biz hər zaman töhfə verməyə hazırıq. Amma hələ ki təşəbbüsümüz olmayıb".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM