satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Prezidenti Türkiyə liderinin vasitəçilik missiyasını yüksək qiymətləndirir

Rusiya Prezidenti Türkiyə liderinin vasitəçilik missiyasını yüksək qiymətləndirir

Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın vasitəçilik missiyasını yüksək qiymətləndirib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, V.Putin Astanada keçirilən mətbuat konfransında Türkiyə Prezidentinin Ukraynadan taxıl nəqlində və Rusiya ilə Ukrayna arasında əsirlər mübadiləsində fəal iştirakını qeyd edib.

“Cənab Ərdoğan bir sıra problemlərin, o cümlədən mübadilə ilə bağlı məsələlərin həllində mühüm rol oynayıb. O, bu işə real olaraq şəxsən qoşulub və məlum olduğu kimi, nəticələr var. Biz ona bu işə görə də minnətdarıq, çünki öz hərbçilərimizi, zabitlərimizi geri aldıq”, - deyə V.Putin bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM