satellite   Azerspace-1: 11135 H 30000

Serbiyanın Ukraynadakı səfirliyi fəaliyyətini dayandırıb

Serbiyanın Ukraynadakı səfirliyi fəaliyyətini dayandırıb

Serbiyanın Ukraynadakı səfirliyi fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, səfirliyin məlumatında bu addımın əməkdaşların təhlükəsizliyini təmin etmək üçün atıldığı bildirilib.

“Serbiya Respublikasının Ukraynadakı səfirliyi əməkdaşların təhlükəsizliyini təmin etmək məqsədilə müvəqqəti olaraq bağlanıb. Səfirliyin əməkdaşları onların Ukraynaya qayıtması üçün lazımi şərait yaranana qədər Belqraddan işlərinə davam edəcəklər”, - deyə səfirliyin bəyanatında qeyd olunub.

Açıqlamada Serbiyanın Xarici İşlər Nazirliyinin fevralın 13-də öz vətəndaşlarına Ukraynaya səfər etməməklə bağlı xəbərdarlıq etdiyi də xatırladılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM