satellite   Azerspace-1: 11135 H 30000

Kiyevdə yaşayış binası dron-kamikadzenin hücumuna məruz qalıb

Kiyevdə yaşayış binası dron-kamikadzenin hücumuna məruz qalıb

Bu gün səhər saatlarında Kiyevin Şevçenko rayonunda dron-kamikadzenin hücumuna məruz qalan yaşayış binasında partlayış baş verib.

Naxçıvan televiziyası İnformasiya Agentiyi Ukrinform agentliyinə istinadla xəbər verir ki, bunu Kiyev şəhərinin meri Vitali Kliçko “Teleqram” səhifəsində bildirib. Onun sözlərinə görə, partlayış baş verən binadan 18 sakin xilas edilib. İlkin məlumata əsasən, dağıntıların altında iki nəfər qalıb. Xilasetmə əməliyyatı və dağılmış tikinti konstruksiyalarının söndürülməsi işləri davam edir.

“Ölənlərin olub-olmadığı barədə informasiya dəqiqləşdirilir”, - deyə Kliçko bildirib. O, həmçinin Kiyev sakinlərinə ciddi zərurət olmadığı təqdirdə şəhərin mərkəzinə gəlməmələri xahişi ilə müraciət edib.

Rusiya dron-kamikadzelərinin hücumundan sonra Kiyevin mərkəzindəki bir neçə küçədə nəqliyyatın hərəkəti dayandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM