satellite   Azerspace-1: 11135 H 30000

Moskvada səfərbərlik tədbirləri bu gündən başa çatır

Moskvada səfərbərlik tədbirləri bu gündən başa çatır

Moskva meri Sergey Sobyanin şəhərdə qismən səfərbərlik tədbirlərinin başa çatdığını elan edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə o, öz bloqunda yazıb. Mer qeyd edib ki, qismən səfərbərlik tədbirləri tam miqyasda yerinə yetirilib və səfərbərlik çağırışı almış şəxslərin hərbi komissarlığa gəlməsinə ehtiyac yoxdur.

S.Sobyanin əlavə edib ki, səfərbərliyə çağırılan şəxslərin toplandığı məntəqələr bu gün saat 14:00-dan bağlanır, yaşayış yerlərinə və müəssisələrə indiyədək göndərilmiş çağırış kağızları öz qüvvəsini itirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM