satellite   Azerspace-1: 11135 H 30000

Krım körpüsünün partladılması ilə əlaqədar üç Ermənistan vətəndaşı həbs edilib

Krım körpüsünün partladılması ilə əlaqədar üç Ermənistan vətəndaşı həbs edilib

Moskvanın Basmannı rayon məhkəməsi Krım körpüsünün partladılması ilə əlaqədar daha 3 nəfərin – Aleksandr Bılin, Oleq Antipov, Dmitri Tyajelıxın həbs edilməsinə dair qərar verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, məhkəmə oktyabrın 9-da Krım körpüsündə terror aktı ilə əlaqədar daha 3 nəfər barəsində dekabrın 8-dək həbs qətimkan tədbiri görülməsini mümkün bilib.

Beləliklə, Rusiya İstintaq Komitəsinin hadisə ilə bağlı təqsirli bildiyi 12 nəfərdən 8-i, o cümlədən 5 Rusiya vətəndaşı, 3 Ermənistan vətəndaşı və 1 Ukrayna vətəndaşı həbs edilib.

Bir neçə gün əvvəl Simferopol məhkəməsi Ermənistan vətəndaşları olan Artyom və Georgi Azatyan qardaşları, eləcə də Artur Terçanyan barəsində həbs qərarı çıxarıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM