satellite   Azerspace-1: 11135 H 30000

Ukraynanın bütün ərazisində hava həyəcanı elan olunub

Ukraynanın bütün ərazisində hava həyəcanı elan olunub

Bu gün səhər saatlarında Ukraynanın bütün vilayətlərində hava həyəcanı elan olunub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb.

Ukrayna mediasının bir qədər əvvəl yaydığı xəbərlərə görə, Dnepr, Krivoy Roq, Nikolayev, Jitomir vilayətlərində, Xarkov şəhərində partlayışlar nəticəsində elektrik təchizatı pozulub. Həlak olan və yaralananlar var. Hakimiyyət orqanları vətəndaşları sığınacaqlarda daldalanmağa çağırıb.

Ukraynanın Baş naziri Denis Şmıqal oktyabrın 17-də Rusiya ordusunun Kiyev, Dnepr və Suma vilayətlərindəki mühüm energetika infrastrukturuna raket zərbələri endirdiyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM