satellite   Azerspace-1: 11135 H 30000

Kiyev yenidən raket və kamikadze dronlarının hücumuna məruz qalıb, dağıntılar qeydə alınıb

Kiyev yenidən raket və kamikadze dronlarının hücumuna məruz qalıb, dağıntılar qeydə alınıb

Oktyabrın 18-də səhər saatlarında Ukraynanın paytaxtı Kiyev şəhəri yenidən raket və kamikadze dronların hücumuna məruz qalıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Kiyevin bəzi strateji infrastruktur obyektlərinə, o cümlədən enerji təsərrüfatına ciddi ziyan dəyib, şəhərin bəzi yerlərinə elektrik enerjisinin verilişi dayandırılıb.

Partlayışlar zamanı ölən və yaralananların olduğu dəqiqləşdirilir.

Qeyd edək ki, bu gün səhər Ukraynanın Jitomir, Dnepr, Xarkov və digər böyük şəhərlərində də enerji infrastrukturlarına raket və kamikadze dronların hücumları nəticəsində ciddi ziyan dəyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM