satellite   Azerspace-1: 11135 H 30000

Kiyevin enerji infrastrukturuna hücumlar nəticəsində azı iki nəfər həlak olub

Kiyevin enerji infrastrukturuna hücumlar nəticəsində azı iki nəfər həlak olub

Oktyabrın 18-də Kiyevin enerji infrastrukturuna hücumlar nəticəsində iki nəfər həlak olub, bir nəfər yaralanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Kiyev Şəhər Prokurorluğu məlumat yayıb.

"Oktyabrın 18-də Rusiya silahlı qüvvələri beynəlxalq hüququn qadağan etdiyi döyüş vasitələrindən istifadə edərək paytaxtın sol sahilində yerləşən enerji təchizatı obyektinə raket zərbələri endirib. İlkin məlumatlara görə, iki nəfər həlak olub, daha bir nəfər yaralanıb”, - deyə Prokurorluqdan bildirilib.

Eyni zamanda, ölən və yaralananlarla bağlı məlumatların dəqiqləşdirildiyi qeyd edilib.

Xatırladaq ki, oktyabrın 17-də Kiyevə kamikadze dronlarının hücumu nəticəsində bir yaşayış binası dağılıb, nəticədə 5 nəfər həlak olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM