satellite   Azerspace-1: 11135 H 30000

Yeni ildən dövriyyəyə yeni avro sikkələri daxil olacaq

Yeni ildən dövriyyəyə yeni avro sikkələri daxil olacaq

2023-cü il yanvarın 1-dən etibarən “qartallı” (rəqəm yazılmayan) tərəfində yeni təsvirlər olan avro və avrosent sikkələri dövriyyəyə daxil olacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu, Aİ üzvü olan daha bir ölkənin – Xorvatiyanın gələn ildən etibarən rəsmən avrozonaya qoşulması ilə bağlıdır.

Beləliklə, ümumavropa valyutası bu Balkan dövlətinin ərazisində tədiyə vasitəsi olacaq, həm də ilk dəfə olaraq Xorvat avro sikkələri yaranacaq. 10 sentlik və 50 sentlik sikkələrin dəyəri göstərilən tərəfində görkəmli fizik, mühəndis və ixtiraçı Nikola Teslanın obrazı həkk ediləcək. Nominal dəyəri 1 avro olan sikkənin bəzəyi dələ təsviri, nominal dəyəri 2 avro olan sikkənin bəzəyi isə Xorvatiyanın konturları olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM