satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Təhlükəsizlik Şurası miqrasiya məsələlərini müzakirə edəcək

Rusiya Təhlükəsizlik Şurası miqrasiya məsələlərini müzakirə edəcək

Rusiya Təhlükəsizlik Şurası miqrasiya proseslərinin tənzimlənməsi məsələlərini müzakirə edəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, oktyabrın 19-da Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

İclasda miqrasiya sahəsində milli təhlükəsizliyə təhdidlərin qarşısının alınması və miqrasiya proseslərinin tənzimlənməsi məsələləri müzakirə olunacaq.

Mövzu barədə məruzə ilə Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin çıxış edəcəyi gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM