satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Putinin hərbi vəziyyətlə bağlı qərarına münasibət bildirib

Ukrayna Putinin hərbi vəziyyətlə bağlı qərarına münasibət bildirib

"Ukraynanın 4 vilayətində - Donetsk, Luqansk, Zaporojye və Xersonda hərbi vəziyyətin elan olunması bizim üçün nəyisə dəyişmir".

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak tviterdə yazıb.

Onun sözlərinə görə, Rusiyanın işğal etdiyi ərazilərdə hərbi vəziyyətin tətbiqi Ukrayna əmlakının talanmasına hesablanıb: "Biz ərazilərimizi işğaldan azad etməyə davam edirik”.

Ukrayna Daxili İşlər Nazirliyindən isə bildirilib ki, sözügedən sərəncam müvəqqəti ilhaq edilmiş ərazilərdə hərbi senzura, qanunsuzluq, hakimiyyət tərəfindən gücə üstünlük verilməsini təsdiqləyir.

Qeyd edək ki, Vladimir Putin bu gün müvəqqəti işğal edilmiş 4 vilayətdə hərbi vəziyyətin elan olunmasına dair sərəncam verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM