satellite   Azerspace-1: 11135 H 30000

Özbəkistan əhalisinin sayı 36 milyon nəfəri ötüb

Özbəkistan əhalisinin sayı 36 milyon nəfəri ötüb

Özbəkistan Respublikasında daimi yaşayan əhalinin sayı 36 milyon nəfəri ötüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi UzA saytına istinadla xəbər verir ki, Özbəkistan Dövlət Statistika Komitəsinin dekabrın 9-na olan məlumatına görə, respublika əhalisinin sayı 36 milyon 1301 nəfər təşkil edib. Onlardan 18,1 milyonu kişilər, 17,9 milyonu qadınlardır.

Hazırda Özbəkistan əhalinin sayına görə dünya ölkələri arasında 41-ci yeri tutur.

Özbəkistanda doğum səviyyəsi yüksək olaraq qalır. Ötən ay 83 min 197 yeni doğulmuş körpə qeydə alınıb. 2030-cu ilədək ölkə əhalisinin 41 milyon nəfərə çatacağı proqnozlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM