satellite   Azerspace-1: 11135 H 30000

CNBC: Amerikalıların əksəriyyəti Baydenin yenidən seçilməsinin əleyhinədir

CNBC: Amerikalıların əksəriyyəti Baydenin yenidən seçilməsinin əleyhinədir

Amerikalı respondentlərin 70 faizi Prezident Cozef Baydenin ikinci müddətə namizəd olmasını istəmir. Əsas səbəblər sırasında onun yaşı da qeyd edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə CNBC-nin ümum-Amerika iqtisadi sorğusunun nəticələrində bildirilib.

Respondentlərin 19 faizi hazırkı prezidenti dəstəkləməyə hazırdır.

Sorğu iştirakçılarının 61 faizi Donald Trampın yenidən prezident seçilməsinə qarşı çıxıb. Rəyi soruşulanların 30 faizinin fikrincə, sabiq prezident namizədliyini irəli sürməlidir. Xatırladaq ki, noyabr ayında Donald Tramp 2024-cü il seçkilərində prezidentliyə namizədliyini irəli sürdüyünü açıqlamışdı.

Sorğu noyabrın 26-dan 30-dək aparılıb və ümumilikdə 801 respondent iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM