satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan prezidenti baş nazirin müavinini vəzifəsindən azad edib

Ermənistan prezidenti baş nazirin müavinini vəzifəsindən azad edib

Ermənistan Baş nazirinin müavini Ambarsum Matevosyan vəzifəsindən azad edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Vaaqn Xaçaturyan müvafiq sərəncam imzalayıb.

“Baş nazirin təklifini əsas götürərək, Ermənistan Konstitusiyasının maddəsinə, habelə “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanuna uyğun olaraq, Ambarsum Matevosyan baş nazirin müavini vəzifəsindən azad edilsin”, - sərəncamda deyilir.

Xatırladaq ki, daha əvvəl Ermənistanın elm, təhsil, mədəniyyət və idman naziri Vaqram Dumanyan istefa verib, onun müavini Janna Andreasyan da Nikol Paşinyanın qərarı ilə vəzifəsindən azad edilib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM