satellite   Azerspace-1: 11135 H 30000

Hraparak: "Paşinyan Qarabağdan hərbi texnikaları çıxarmağı tapşırıb"

Hraparak: "Paşinyan Qarabağdan hərbi texnikaları çıxarmağı tapşırıb"

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki ağır texnikaları çıxarır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb. Nəşr xatırladıb ki, rəsmi Bakı bir müddət öncə Laçın yolu ilə hələ də Xankəndinə hərbi texnikanın daşınmasına sərt şəkildə etiraz etmişdi. İndi isə texnikalar əksinə hərəkət edəcək.

"Xankəndidəki mənbələrimizdən öyrəndik ki, Bakının növbəti tələbini yerinə yetirən Paşinyan bu bəyanatlara cavab olaraq Qarabağ ermənilərini silahlandırmadığını sübut etmək üçün bölgədən ağır hərbi texnikanın böyük partiyasını geri çəkməyi tapşırıb. Bu da Xankəndinin silahsızlaşdırmasını göstərmək üçün edildi. Lakin bu alçaldıcı addım Paşinyanı xilas edə bilmədi və həftələr sonra onlar ekoloqlarla Laçın dəhlizni bağladılar”, - qəzet yazıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM