satellite   Azerspace-1: 11135 H 30000

Belarus ordusunun döyüş hazırlığının qəfil yoxlanılması başlayıb

Belarus ordusunun döyüş hazırlığının qəfil yoxlanılması başlayıb

Belarusda ölkə Prezidenti Aleksandr Lukaşenkonun tapşırığı ilə silahlı qüvvələrin döyüş hazırlığının qəfil yoxlanılmasına başlanılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi BelTa informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Yoxlama Dövlət Təhlükəsizlik Şurasının Katibliyinin rəhbərliyi altında aparılır. Nazirlik, həmçinin respublikanın ümumi istifadədə olan bəzi avtomobil yollarında hərəkətə məhdudiyyətlər tətbiq olunduğunu bildirib.

“Bu müddət ərzində hərbi texnikanın və şəxsi heyətin hərəkət etməsi, ümumi istifadədə olan müəyyən avtomobil yolları və ərazilər ilə vətəndaşların hərəkətinin (nəqliyyatın) müvəqqəti məhdudlaşdırılması planlaşdırılıb”, - məlumatda belə deyilir.

Müdafiə Nazirliyi qeyd edib ki, qəfil yoxlama zamanı görülən tədbirlər kompleks xarakter daşıyacaq. Qoşunlar qısa müddətdə təyin olunmuş rayonlara doğru irəliləməli, mühafizəni və müdafiəni təşkil etməli, Neman və Berezina çayları üzərində körpü keçidləri quraşdırmalı olacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM