satellite   Azerspace-1: 11135 H 30000

G7 ölkələri Ukraynaya dəstək vədlərini bir daha təsdiqləyiblər

G7 ölkələri Ukraynaya dəstək vədlərini bir daha təsdiqləyiblər

ABŞ, Kanada, Almaniya, İngiltərə, Fransa, İtaliya və Yaponiyadan ibarət G7 ölkələri yaydıqları birgə bəyanatla Ukraynaya dəstək vədlərini bir daha təsdiqləyiblər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xarici KİV-lərə istinadla bildirir ki, Almaniyanın hazırda sədri olduğu “Böyük yeddilik” ölkələrinin liderlərinin onlayn görüşündə qəbul edilən birgə bəyanatda bu barədə deyilir: “Biz Ukraynaya sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik və Rusiyanın davam edən müharibəsinə qarşı Ukrayna ilə həmrəy olduğumuzu bildiririk”.

Sənəddə Rusiyanın Ukraynadakı kritik infrastrukturlara qeyri-insani və qəddar hücumları pislənilib və onun mülki şəxslərə qarşı hərəkətlərinin müharibə cinayətləri olduğu xatırladılıb. G7 ölkələri, həmçinin Rusiyadan müharibəni dərhal dayandırmağı, ordusunu Ukrayna ərazisindən tamamilə və qeyd-şərtsiz çıxarmasını tələb ediblər.

Bəyanatda “Taxıl dəhlizi” sazişinin müddətinin uzadılmasından məmnunluq ifadə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM