satellite   Azerspace-1: 11135 H 30000

“Apple” Yaponiyadakı şəbəkəsinə 100 milyard dollar sərmayə qoyub

 “Apple” Yaponiyadakı şəbəkəsinə 100 milyard dollar sərmayə qoyub

Amerikanın “Apple Inc” kompaniyası son beş il ərzində Yaponiyadakı minə yaxın təchizatçısından ibarət şəbəkəyə 100 milyard dollardan çox sərmayə qoyub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, “Apple” 2019-cu ildən bəri xərclərini 30 faizdən çox artırıb. Kompaniyanın təchizatçıları arasında həm beynəlxalq korporasiyalar, həm də kiçik ailə biznesləri var.

“Sony” 2011-ci ildən başlayaraq “iPhone” smartfonlarının kameraları üçün sensorlar istehsalı üzrə “Apple” kompaniyasının Yaponiyadakı ən böyük təchizatçılarından biridir.

Kompaniyanın cihazları üçün komponentlərin istehsalı ilə məşğul olan Yaponiyanın 29 təchizatçısı 2030-cu ilədək tamamilə bərpaolunan enerji mənbələrinə keçmək öhdəliyi götürüb. “Sony”, “Seiko Advance” və “Sumitomo Electric Industries” külək və günəş enerjisi sahəsində layihələrini həyata keçirməyə başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM