satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna 64 hərbçini əsirlikdən qaytarıb

Ukrayna 64 hərbçini əsirlikdən qaytarıb

Dekabrın 14-də Ukrayna ilə Rusiya arasında hərbi əsirlərin növbəti mübadiləsi aparılıb. Ukrayna Silahlı Qüvvələrinin daha 64 hərbçisi Rusiyada əsirlikdən qaytarılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi bu barədə Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermakın teleqram-kanalına istinadla xəbər verir.

Əsirlikdən azad edilmiş döyüşçülər arasında Donetsk və Luqansk istiqamətlərində vuruşmuş, o cümlədən Baxmutun müdafiəsində iştirak etmiş zabitlər, sıravi əsgərlər və serjantlar var.

Ukrayna Silahlı Qüvvələrinə kömək edən ABŞ vətəndaşı Suedi Murekezini də azad etmək mümkün olub. Bundan əlavə, həlak olmuş 4 nəfərin cəsədləri qaytarılıb.

Daha əvvəl, dekabrın 6-da Ukrayna 60 nəfər Vətən müdafiəçisini əsirlikdən qaytarıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM