satellite   Azerspace-1: 11135 H 30000

Ukraynada genişmiqyaslı hava hücumu xəbərdarlığı elan edilib

Ukraynada genişmiqyaslı hava hücumu xəbərdarlığı elan edilib

Ukraynada dekabrın 16-da genişmiqyaslı hava hücumu xəbərdarlığı elan olunub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, vətəndaşlara raket zərbələri təhlükəsi barədə xəbərdarlıq edilir. Hazırda Ukraynanın əksər bölgələrində həyəcan siqnalı çalınır.

Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kiril Timoşenko ukraynalıları ehtiyatlı olmağa çağırıb.

O, sosial şəbəkədə əhalini hava hücumu xəbərdarlığına məhəl qoymağa və sığınacaqlarda qalmağa çağırıb.

Nikolaev vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Kim təqribən 60 raketin atılacağını gözlədiklərini açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM