satellite   Azerspace-1: 11135 H 30000

Zelenski Ukrayna müharibəsinin diplomatiya yolu ilə həlli şərtini açıqlayıb

Zelenski Ukrayna müharibəsinin diplomatiya yolu ilə həlli şərtini açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Rusiya qoşunlarının 1991-ci il sərhədlərinə çıxarılması münaqişənin diplomatiya yolu ilə həllinin əsas şərtidir.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu barədə “The Economist” jurnalının məqaləsində deyilir.

“Əgər o (Rusiya Prezidenti Vladimir Putin. - red.), indi 1991-ci ilin sərhədlərinə çəkilsə, onda mümkün diplomatiya yolu başlayacaq. Bu, münaqişəni hərbi inkişaf yolundan diplomatik inkişaf yolundan dəyişə bilər”, - Zelenski Britaniya jurnalına müsahibəsində bildirib.

Dekabrın 12-də Ukrayna lideri münaqişəyə son qoymaq üçün üç addımı açıqlayıb. Birincisi, Kiyevə müasir hərbi texnikanın verilməsidir. İkincisi, 2023-cü ildə maliyyə, enerji və sosial sabitliyin dəstəklənməsidir. Nəhayət, üçüncü addım daha əvvəl Zelenskinin təklif etdiyi “sülh formulu”nun həyata keçirilməsi və qlobal sülh formulu sammitinin çağırılmasıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM