satellite   Azerspace-1: 11135 H 30000

Kiyev şəhəri raketlə vurulub

Kiyev şəhəri raketlə vurulub

Rusiya ordusu tərəfindən atılan raketlərdən biri Ukraynanın paytaxtı Kiyev şəhərinə düşüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Kiyev şəhər meri partlayışın baş verdiyini təsdiqləyib. Onun sözlərinə görə, partlayış paytaxtın sol sahilində baş verib.

"Şəhərin Desnyanski rayonunda partlayış səsləri eşidilib. Hazırda bütün xidmətlər həmin yerə göndərilib", - deyə şəhər meri bildirib.

Onu da qeyd edək ki, hazırda paytaxtda hava hücumundan müdafiə sistemi intensiv şəkildə işləyir. Kiyev istiqamətinə bir neçə raketin atıldığı bildirilir.

Ümumilikdə ölkə üzrə hava həyəcanı çalınıb. Artıq Ukraynanın bəzi vilayətlərində partlayışlar qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM