“Millətimizi terror bəlasından qurtarmaq üçün mübarizəmiz qətiyyətlə davam edəcək”.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Millətin hüzuru və təhlükəsizliyi üçün çalışan bütün hüquq-mühafizə orqanları terror təşkilatlarına qarşı çiyin-çiyinə mübarizə aparacaq:
“Diyarbəkirdə polislərimizin olduğu xidməti maşında törədilən terror aktında yaralanan polislərimizə və mülki vətəndaşlarımıza şəfa diləyirik”, - nazirlikdən vurğulanıb.
Qeyd edək ki, dekabrın 16-da səhər saatlarında Diyarbəkir vilayətində bomba yüklü avtomobilin partladılması nəticəsində 8-i polis olmaqla 9 nəfər yaralanıb. Hadisəni törətməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb.
