satellite   Azerspace-1: 11135 H 30000

Papa Fransisk: Ukraynadakı münaqişə dünya müharibəsidir

Papa Fransisk: Ukraynadakı münaqişə dünya müharibəsidir

Qısa müddət ərzində Ukraynadakı münaqişənin sonunu görmürəm, çünki bu, dünya müharibəsidir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk deyib.

“Bunu unutmayaq. Artıq müharibədə iştirak edən bir neçə “əl” var. Bu, qlobal xarakter daşıyır. Mənə elə gəlir ki, burada çoxlu maraqlar var”, - deyə Papa Fransisk qeyd edib.

Ukraynada baş verənlərə dəfələrlə öz etirazını bildirdiyini deyən Roma Katolik Kilsəsinin rəhbəri vurğulayıb: “Mən bacardığımı edirəm. Onlar qulaq asmırlar. Ukraynada baş verənlər dəhşətlidir. Böyük qəddarlıq var. Bu, çox ciddidir. Mən bunu hər zaman qınayıram”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM