satellite   Azerspace-1: 11135 H 30000

Moskva hava limanlarında 60-dan çox reys təxirə salınıb

Moskva hava limanlarında 60-dan çox reys təxirə salınıb

Dekabrın 18-i bazar günü Moskva hava limanlarında 49 reys gecikib, 12 reys isə ləğv olunub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, gediş-gəliş cədvəlində dəyişiklik paytaxtın üç hava limanında müşahidə olunur.

Xidmətin məlumatına görə, Vnukovoda 11 reys gecikib, 8 reys isə ləğv edilib.

Domodedovoda 28 reys gecikib, ikisi ləğv edilib. Həmçinin Şeremetyevoda 10 reys gecikib, ikisi ləğv edilib.

Davam edən qar yağışı səbəbindən şəhərin hava limanlarında gecikmələr və ləğvlər yaranıb. Qar yağması gün ərzində davam edəcək.

Həmçinin Moskvada yağan qar tramvayların hərəkətində də gecikmələrə səbəb olub .

Bundan əvvəl qar yağması ilə əlaqədar Moskva vilayətində tufan xəbərdarlığı elan edilib. Güclü yağıntı, qar uçqunu, zəif görmə, küləyin sürətinin 15 m/s-dək olacağı proqnozlaşdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM