satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə “Tayfun” raketinin uçuş məsafəsini min kilometrə çatdırmağı planlaşdırır

Türkiyə “Tayfun” raketinin uçuş məsafəsini min kilometrə çatdırmağı planlaşdırır

“Türkiyənin ilk “Tayfun” ballistik raketinin uçuş məsafəsinin təxminən iki dəfə artırılması, min kilometrə qədər çatdırılması planlaşdırılır”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqində yerləşən Mardin şəhərinin gəncləri ilə görüşündə bildirib.

“Bildiyiniz kimi, “Tayfun” raketinin uçuş məsafəsi 560 km elan edilib. Keçən həftə mütəxəssislərlə danışdım, mənə dedilər ki, “Tayfun” raketinin uçuş məsafəsini min kilometrə çatdıracağıq”, - Ərdoğan bildirib.

Qeyd edək ki, “Tayfun” raketinin sınaqları Türkiyə tərəfindən bu ilin oktyabrında həyata keçirilib. Türkiyənin “Roketsan” şirkəti tərəfindən hazırlanan raket 561 km məsafədəki hədəfi 458 saniyəyə vurub.

Raketin hazırlanması bir neçə il gizli şəkildə həyata keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM