satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın 11 aeroportunda uçuş məhdudiyyəti yenidən uzadılıb

Rusiyanın 11 aeroportunda uçuş məhdudiyyəti yenidən uzadılıb

Rusiya Federasiyasının cənubunda və mərkəzi hissəsində yerləşən aeroportlarda uçuş məhdudiyyətləri daha bir həftə uzadılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi TASS agentliyinə istinadla xəbər verir ki, “Rosaviasiya” 11 aeroportda uçuşlara məhdudiyyət rejimini dekabrın 27-dək uzadıb. Anapa, Belqorod, Bryansk, Voronej, Gəlincik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyət qoyulub.

Rusiya Ukraynada apardığı müharibə ilə əlaqədar olaraq 2022-ci il fevralın 24-dən ölkənin cənubunda və mərkəzi hissəsində hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM