satellite   Azerspace-1: 11135 H 30000

Kiyev səmasında 23 kamikadze drondan 18-i zərərsizləşdirilib

 Kiyev səmasında 23 kamikadze drondan 18-i zərərsizləşdirilib

Bu gün səhər saatlarında hava hücumu zamanı Kiyev səmasında Rusiya ordusunun 23 kamikadze dronu qeydə alınıb. Ukrayna müdafiə qüvvələri 18 dronu məhv etməyə müvəffəq olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko məlumat verib.

"Hələlik itki olmayıb. Bununla belə, paytaxtın Solomenski rayonunda yolun hərəkət hissəsi, həmçinin Şevçenko rayonundakı hündürmərtəbəli binanın pəncərələri dağıntılar nəticəsində zədələnib", - deyə Sergey Popko bildirib.

Kritik infrastruktur obyektinə də zərbə dəyib. Təcili yardım xidmətləri fəsadlarla mübarizə aparır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM