satellite   Azerspace-1: 11135 H 30000

KTMT-nin baş katibi: Təşkilatın genişləndirilməsi müzakirə olunmur

 KTMT-nin baş katibi: Təşkilatın genişləndirilməsi müzakirə olunmur

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yeni ölkələrin qoşulması ilə bağlı məsələlərə baxılmır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bunu KTMT-nin baş katibi Stanislav Zas deyib.

“Xeyr, bu məsələ indi müzakirə olunmur. Biz kəmiyyət üçün deyil, keyfiyyət üçün işləməliyik”, – deyə Stanislav Zas vurğulayıb.

Baş katib bildirib ki, təşkilatın genişləndirilməsi istiqamətində atılan addımlar onun effektivliyini artırmalı və ümumi təhlükəsizliyi gücləndirməlidir.

Qeyd edək ki, hazırda təşkilata 6 dövlət - Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan üzvdür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM