satellite   Azerspace-1: 11135 H 30000

Pentaqon 2023-cü ildəki fəaliyyəti üçün 798 milyard dollar alacaq

Pentaqon 2023-cü ildəki fəaliyyəti üçün 798 milyard dollar alacaq

ABŞ Müdafiə Nazirliyi bu ilin oktyabrında başlayan 2023-cü maliyyə ilində fəaliyyəti üçün 797,7 milyard dollar alacaq, bu da əvvəlki maliyyə ilində olduğundan 69,3 milyard dollar çoxdur.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir bu barədə ABŞ Senatının büdcə ayırmaları komitəsinin saytında dərc edilmiş bəyanatda bildirilir. Komitə qeyd edib ki, qanun layihəsi Silahlı Qüvvələrin “demək olar, bərabər rəqiblərlə” strateji rəqabətə hazırlanması üçün maliyyə vəsaitini təmin edəcək.

Məlumata görə, 2023-cü maliyyə ilinin büdcə qanun layihəsində müdafiə xərclərinə ümumilikdə 858 milyard dollar daxildir. Lakin Pentaqon bunun bir hissəsini alacaq, yerdə qalan vəsait Energetika departamentinin xətti ilə nüvə başlıqlarının döyüşə hazır vəziyyətdə saxlanmasına və nüvə başlıqlarına dair proqramlara sərf olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM